"Ayan Palace" — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən otel.

İnşasına 2008-ci ilin martında başlanılan otel Tovuz rayonunda ən böyük turizm layihəsidir. “Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir.

Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır.

Avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunmuşdur.

Burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunmuşdur. Oteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 50 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərir.

“Ayan Palace” oteli 5 mərtəbə, 65 nömrə və 4 kotecdən ibarətdir.

Burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstərilir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə bilərlər.

Turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi yerləşir. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərir.

Oteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılmışdır.

”Ayan Palace” oteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Otelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdirlər. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də otelə yaxın məsafədədir.

”Ayan Palace” otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərir.

Tovuz şəhərinin girəcəyində yerləşən Ayan Palace Hoteli işgüzar səfərə çıxan qonaqları , Tovuzun görməli yerləri ilə taniş olmaq üçün gələn bütün qonaqları tam rahatlıqla ən yüksək səviyyədə qarşılamağı və oteldə yerləşdirməyi təmin edir.Peşəkar personalımız arzuladığınız konfransları , seminar və iclasları Sizin üçün böyük məmnuniyyətlə təşkil edəcək və planlaşdırdığınız tədbirlərin rahat və səmərli keçməsini təmin etmək üçün həmişə xidmətinizdə olacaqdır.
Ayan Palace Hoteli beş ulduz mehmanxana konsepsiyasının yüksək standartlarına uyğun olaraq layihələşdirilib.Mehmanxana Tovuz Qalasının, Böyük İpək Yolunun , Tovuz çayının və Heydər Əliyev adına olan istirahət parkının yaxınlığında yerləşir.
Ayan Palace Hotelinə Dəmiryolu Vağzalından 10 dəq , Gəncə Hava Limanından 60 dəq ərzində çatmaq olar.